May 21 2020 11:03
Elshad Aliyev
Views: 28

Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 70 nəfər artaraq 2950-yə çatıb. AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, indiyədək 2372 xəstə sağalıb, 565 nəfər müalicəni davam etdirir, 13 pasiyent dünyasını dəyişib.

Vurğulanıb ki, Cizzak, Qaşqadərya və Fərqanə vilayətlərindən sonra dünən Surxandərya vilayəti də koronavurusdan azad region elan edilib.

Məlumatda deyilir ki, hazırda karantində 40 minə yaxın adam var.


Create Account



Log In Your Account