May 19 2020 11:02
Elshad Aliyev
Views: 48

Son 24 saat ərzində Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 2802 nəfərə çatıb.

AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, indiyədək 2314 koronavirusa yoluxan şəxs sağalıb, 475 nəfər müxtəlif xəstəxanalarda müalicə olunur, 13 nəfər ölüb, 7 xəstənin vəziyyəti ağırdır.

Məlumatda deyilir ki, hazırda karantində 48 mindən artıq adam var.

Vurğulanır ki, virusa yoluxanların sayı son günlər xarici ölkələrdən gətirilən Özbəkistan vətəndaşlarının hesabına artıb.

 


Create Account



Log In Your Account