May 12 2020 14:36
Elshad Aliyev
Views: 51

Bu günə olan məlumata görə Özbəkistanda COVID-19 koronavirusundan 1988 nəfər sağalıb.

AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, mayın 12-nə olan məlumata görə virusa yoluxanların sayı 2509 nəfərə çatıb.

Deyilir ki, hazırda xəstəxanalarda 562 nəfər müalicə edilir, 6 xəstənin vəziyyəti ağırdır, 10 nəfər ölüb.

Bildirilib ki, hazırda karantində 40 min nəfər var.


Create Account



Log In Your Account