Mar 16 2020 11:46
Elshad Aliyev
Views: 29

Özbəkistanda koronavirusa yoluxanların sayı 6 nəfərə çatıb.

AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, onların biri uşaqdır.

Xatırladırıq ki, ölkədə ilk koronavirus faktı Parisdən Daşkəndə gələn qadında aşkar olunub. Sonra həmin qadının oğlu və qızı bu virusa yoluxub.

Martın 15-də İstanbuldan Daşkəndə uçan daha bir Özbəkistan vətəndaşında koronavirus aşkar edilmişdi.

Bu gün isə bu infeksiya koronavirusa birinci tutulan qadının həyat yoldaşı və nəvəsində tapılıb.

Həmin qadınla Parisdən Özbəkistana uçan sərnişinlərin və onların qohumları, həmçinin ekipaj üzvləri karantində saxlanırlar. Karantində olanların sayı 150 nəfərdir.

 


Create Account



Log In Your Account