May 11 2020 13:07
Elshad Aliyev
Views: 46

Özbəkistanda yeni növ koronavirusa, ümumilikdə, 2453 nəfər yoluxub. AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu günədək 1881 nəfər sağalıb, 562 nəfər müalicəsini davam etdirir. On nəfər ölüb.

Nazirlikdən bildirilib ki, Özbəkistanda pandemiya dövründə karantində 1961 hamilə qadın olub. 30 hamilə qadında koronavirus aşkarlanıb, onların 22-si artıq müalicə edilərək evə yazılıb. 8 qadın isə müalicə alır, onların həyatı üçün təhlükə yoxdur.


Create Account



Log In Your Account