Mar 25 2020 09:52
Elshad Aliyev
Views: 33

Özbəkistanda koronavirusla bağlı rəsmi coronavirus.uz portalı yaradılıb.

AZƏRTAC xəbər verir ki, Özbəkistanın Səhiyyə Nazirliyinin yaratdığı portalda ölkədə və dünyada koronavirusla bağlı son məlumatlar yer alacaq. Saytda oxucular, həmçinin həkimlərin bu virusdan qorunmaq ilə bağlı məsləhətləri ilə də tanış olacaqlar.

Bundan başqa, Səhiyyə Nazirliyi koronavirusla bağlı 1003 qısa nömrəli sorğu mərkəzi yaradıb. Sutka ərzində bu nömrəyə zəng edib müvafiq informasiyalar almaq olar. Adamlar bu nömrədən koronavirusla əlaqədar müalicədə olan və karantinə yerləşdirilən qohumlarının vəziyyətini öyrənə bilərlər.


Create Account



Log In Your Account