Jul 02 2020 17:01
Elshad Aliyev
Views: 159

Dünyada COVID-19 pandemiyasının güclənməsi və ölkələrin xüsusi karantin rejiminə keçməsi, sərhədlərin bağlanması, giriş-çıxışın məhdudlaşdırılması nəticəsində Özbəkistandakı bir çox Azərbaycan vətəndaşının Vətənə qayıtması qeyri-mümkün olub.

AZƏRTAC xəbər verir ki. Özbəkistanda qalan vətəndaşlarımız bu ölkədəki səfirliyimizə müraciət edərək Azərbaycan dövlətindən kömək istəyiblər.

Yaranmış vəziyyətlə əlaqədar ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev tərəfindən xüsusi komissiya və fond yaradılıb, Özbəkistanda qalan Azərbaycan vətəndaşlarına bir neçə dəfə səfirlik tərəfindən yardımlar olunub.

Bu gün isə səfirliyimizin müşaviri Arif Abbasov, AMM-nin direktoru Samir Abbasov və səfirliyin əməkdaşları Özbəkistanın Daşkənd, Karşı və Anqren şəhərlərində məskunlaşan 122 soydaşımızın hər birinə Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin 50 dollar dəyərində yardımını çatdırıblar.

Samir Abbasov soydaşlarımıza bildirib ki, səfir Hüseyn Quliyev Özbəkistanda qalan vətəndaşlarımızın Azərbaycana qayıtması ilə bağlı ölkəmizin əlaqəli qurumlarının rəhbərləri ilə hər gün telefon danışığı aparır. İnanırıq ki, çəkdiyimiz zəhmət öz bəhrəsini verəcək, Özbəkistanda qalan vətəndaşlarımız Azərbaycana göndəriləcək.


Create Account



Log In Your Account