Mar 23 2020 10:28
Elshad Aliyev
Views: 93

Martın 23-dən etibarən Özbəkistanın paytaxtı Daşkənddə mülkiyyət formasından asılı olmayaraq, bütün idarə, təşkilat və müəssisələrdə iş dayandırılıb, qurumlar öz işçilərini qanunvericiliklə müəyyən edilmiş qaydada əmək məzuniyyətinə göndərib.

AZƏRTAC Koronavirusla əlaqədar yaradılan Xüsusi Respublika Komissiyasına istinadla xəbər verir ki, bəzi əməkdaşlar onlayn və distant formada fəaliyyət göstərəcəklər.

Bundan başqa, yaşı 65-dən yuxarı olanlara və xroniki xəstəliklərdən əziyyət çəkənlərə ehtiyac yaranmadıqda evdən çıxmaq məsləhət görülmür. Evdən çıxanlar isə mütləq qaydada maskalardan istifadə etməlidirlər.

Son məlumata görə, Özbəkistanda koronavirusa tutulanların sayı 45 nəfərdir.


Create Account



Log In Your Account