Nov 24 2019 18:43
Ferah Sabirqizi
Views: 359
Özbəkistanlı məşhur sənətçi Yulduz Turdieva Türk ordusunun Suriyanın şimalında keçirdiyi "Sülh çeşməsi" əməliyyatına dəstək verib. 
 
CBC.az xəbər verir ki, Heydər Əliyev Sarayında təşkil edilən "Özbəkistandan sevgilərlə” adlı konsert programında Özbəkistan, Türkiyə və Azərbaycan qardaşlığına dair müsbət mesajlar verilib.
 
Özbəkistanın xalq artisti Yulduz Turdieva konsert proqramında Türk sənətçi Pınar Eliçe ilə duet oxuyub. Duet zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan ilə Özbəkistanda "Beraber yürüdük biz bu yollarda” mahnısını oxuduğu xatırladılaraq səhnədə təkrar birlikdə oxunub.
 
Konsertin ardından Türkiyə səfirliyinin mətbuat müşaviri Hüseyin Altınalan ilə görüşən Turdieva Türkiyənin terrorla mübarizəsinə dəstək verdiyini bildirib. Altınalanın "Bu dəstəyi əsgər salamı verərək göstərməyiniz mümkündürmü?" xahişi Özbəkistanlı sənətçi Turdieva və orkestr üzvləri tərəfindən alqışlarla qarşılanıb.
 
Sənətçi Turdieva və orkestr üzvləri Türk əsgərinə və Türkiyənin cənubunda yaradılmağa çalışılan terror dəhlizini yox etmək məqsədilə keçirilən "Sülh Çeşməsi" əməliyyatına dəstəklərini ifadə etmək üçün əsgər salamı veriblər.

Create Account



Log In Your Account