Dec 20 2019 11:52
Elshad Aliyev
Views: 121

Özəl məhkəmə ekpertizasının tətbiqi üçün xarici ölkələrin təcrübəsi öyrənilib.

Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin rəisi Fuad Cavadov deyib.

Mərkəz rəhbəri özəl ekspertizanın tətbiqi mexanizminə də toxunub:

"Ekspert hər hansı sahə üzrə xüsusi biliyə malik olan şəxsdir. Onun hazırlanması xüsusi proqramdan keçir və şəhadətnamə əldə edir. Ancaq elə strateji məsələlər var ki, onlara özəl ekspert baxa bilməz və cinayət işlərində rəy vermək səlahiyyəti dövlət ekspertizasına aiddir. Özəl ekspertiza sahəsinə mülki, inzibati işlərə aid ekspertizalar tətbiq ediləcək".


Create Account



Log In Your Account