Jan 05 2017 18:22
Ulviyye Sabirqizi
Views: 1412

Türkiyənin İzmir şəhərində məhkəmə binasının qarşısında baş vermiş partlayış nəticəsində 1-i ağır olmaqla 10 nəfər xəsarət alıb.

İki terrorçu öldürülüb, biri axtarılır.

Partlayışdan sonra terrorçularla polis əməkdaşları arasında baş verən atışma zamanı 2 asayiş keşikçisi həlak olub.

Hadisə yerinə polis əməkdaşları və xilasedicilər cəlb olunub.

Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.


Create Account



Log In Your Account