Feb 19 2020 17:11
Elshad Aliyev
Views: 201

Prezident İlham Əliyevin tapşırığına əsasən icra olunan özünüməşğulluq proqramı əsasında respublikamızın cəbhəyanı bölgələrində də aztəminatlı ailələrin kiçik təsərrüfatlarının qurulması işləri geniş vüsət alıb.

Füzulu rayonunda son bir ildə 250-yə yaxın şəxsə proqram çərçivəsində mal və materiallar formasında aktivlər verilib və onların kiçik biznesə çıxışına şərait yaradılıb. Həssas əhali qruplarından olan həmin proqram iştirakçılarının hər biri verilmiş aktivlər hesabına uğurlu şəkildə öz kiçik ailə müəssisələrini qurublar.

AZƏRTAC xəbər verir ki, özünüməşğulluq proqramı Böyük Qayıdışın başlanğıcı olan, dövlət başçısının müvafiq Sərəncamları əsasında qısa müddətdə müasir və abad bir yaşayış məntəqəsinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini də əhatə edib. Cocuq Mərcanlıda sakinlərin məşğulluğunun təmin edilməsi üçün mühüm işlər aparılmaqla yanaşı, kənddə yaşayan 25 ailə üçün özünüməşğulluq proqramı çərçivəsində əsasən heyvandarlıq üzrə təsərrüfatlar yaradılıb. Bu da yerli əhalinin məşğulluğunun artırılmasına, həmçinin ərazidə kiçik sahibkarlığın genişlənməsinə imkan verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün Füzuli rayonuna və Cocuq Mərcanlıya təşkil edilən mediatur çərçivəsində kütləvi informasiya vasitələrinin bir qrup əməkdaşına cəbhə bölgəsində özünüməşğulluq proqramının icrası işləri ilə yaxından tanış olmaq imkanı yaradılıb. 30-a yaxın jurnalist proqrama cəlb olunanlara aktivlərin təqdim edilməsi prosesini izləyib.

 


Create Account



Log In Your Account