CBC telekanalı öz tamaşaçılarına hadisələrin obyektiv qiymətləndirməsini, əhatəli proqramlarını təqdim edir. Ən əsası isə, CBC bunu beş dildə - Azərbaycan, rus, fars, ingilis və erməni dillərində edir. Azərbaycanın ilk beynəlxalq televiziyası olan CBC yüksək enerji ilə start götürərək ölkəmizin uğurları, problem və nailiyyətləri haqqında bütün dünyaya məlumat çatdırmaqdadır. Telekanal fasiləsiz olaraq yayımlanır və yayım sahəsi Rusiyanın Avropa hissəsindən tutmuş Hindustan yarımadasına kimi, Balkan yarımadasından Çinin şərq sahillərinədək geniş ərazini əhatə edir. CBC-nin beş redaksiyasının hər birində yayım dilinin xüsusiyyətlərinə uyğun olaraq xəbərlərin seçimində vahid sistem tətbiq olunur. Redaksiya siyasətimiz - hadisələrə qiymət vermədən, olay tərəflərinin hər birinin fikrini təqdim etməkdən ibarətdir. CBC-nin yaradıcı və texniki potensialı ən müxtəlif janrlarda keyfiyyətli və reytinqli proqramlar hazırlamağa imkan verir. Məqsədimiz – hər bir tamaşaçıya özünün şəxsi fikrini formalaşdıra bilmək üçün materialı cəld və keyfiyyətli surətdə təqdim etməkdir.

Biz faktları təqdim edirik – nəticəni özünüz çıxarırsınız.

Create Account



Log In Your Account