Feb 22 2019 18:05
Views: 279

Bu il 43 rayonda avtomobil yollarını əhatə edən 50 layihə icra olunacaq və 600 kəndi birləşdirən 1000 km dən artıq  kənd yollarının bərpası  və təmiri həyata keçiriləcək. Bunu  Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yol təsərrüfatı işçilərinin peşə bayramına  həsr olunan tədbirində deyib. Sədr bu il də respublika və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin, tunellərin və yol qurğularının tikintisinin davam etdiriləcəyini bildirib. Onun  sözlərinə görə bölgələrlə yanaşı Bakı şəhərinin  kənd və qəsəbədaxili  yollarının təmiri və bərpası üçün  də  13 layihə hazırlanıb. Artıq Bakının 11 rayonunda yolların təmirinə start verilib.  Planda nəzərdə tutulan işlərin 2019-cu ilin sonuna kimi bitməsi gözlənilir.

Hazırda Agentliyin balansında ümumi istifadədə olan 175 min km dən  artıq   avtomobil yolu və 1316 ədəd körpü var. Sədrin sözlərinə görə  agentlik  ötən il  ölkə ərazisində  2042  km yol çəkib. Bu il çəkilən bəzi yolların ödənişli əsaslarla istifadəyə  veriləcəyi  gözlənilir. Saleh Məmmədov Artıq  bu ilin sonuna qədər Ələt- Astara yolunun 172 km hissəsinin   ödənişli yol kimi istifadəyə veriləcəyi bildirib. Bununla yanaşı Bakı-Quba yolunun  Hacı Zeynəlabdin Tağıyev qəsəbəsindən Giləzi qəsəbəsinə qədər olan 30 km yolu da bu il yenidən qurulacağ.

Agentlik Ağdam rayonunun doqquz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Kolqışlaq–Mirəşelli–Əhmədağalı–Çıraxlı avtomobil yolunun tikintisinə də  start verib. Xatırladaq ki bir neçə gün öncə  dövlət başçısı sözügedən yolların tikintisi və yenidən qurulması üçün dövlət büdcəsindən 2,3 milyon manat vəsaitin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılması üçün sərəncam verib.


Create Account



Log In Your Account