Feb 21 2018 18:32
Views: 1594

Sabahdan 2018-2019-cu dərs ili üçün Bakı şəhərində birinci sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi prosesinə başlanılacaq. Bakı şəhəri üzrə Təhsil idarəsinin informasiya təminatı sektorunun müdiri Ilhamə Abdullayeva  keçirdiyi mətbuat konfransında bu barədə məlumat verib. Bildirib ki, ilk dəfə bu tədris ilində Bakı şəhəri ilə yanaşı, Abşeron rayonu, Gəncə və Sumqayıt şəhərlərində də məktəbə qəbul elektron şəkildə həyta keçiriləcək. Həmin ərazilər üzrə qəbula martın 12-dən start veriləcək. Sentyabrın 15-dək davam edən elektron ərizənin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və  müəllimi seçməlidirlər.


Create Account



Log In Your Account