Aug 30 2019 18:13
Views: 193

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintiyə və istismara icazələr üzrə “bir pəncərə” elektron sistemini təqdim edib. Komitə sədrinin müşaviri Rüfət Mahmudun sözlərinə görə, yeni sistem vətəndaşların rahatlığını təmin edir. Artıq sifarişçi ekspertizası tələb olunmayan obyektlərin tikintisinə və istismarına icazəni heç bir yerə getmədən, “bir pəncərə” prinsipi əsasında elektron formada ala bilər.

Tikintiyə icazələr 15 gün, istismara icazələr isə 10 gün ərzində verilir. İcazələrin verilməsində bir çox dövlət qurumları iştirak etdiyi üçün bu sistem digər qurumlara inteqrasiya olunub. Yeni xidmət artıq bütün sınaqlardan keçirilib və tam keyfiyyətli şəkildə fəaliyyət göstərir. İlin sonunadək sistemin bütün tikinti növləri üçün istifadəyə verilməsi nəzərdə tutulub.

İndiyədək obyektlərin tikintisi və istismarına icazə ilə bağlı “bir pəncərə” elektrok sisteminə 42 müraciət edilib. Onlardan 25-nə müsbət cavab verilib.


Create Account



Log In Your Account