Mar 09 2019 17:52
Views: 428

Martın 10-da Azərbaycan teatrı yaranmasının 146-cı ildönümünü qeyd edir. Azərbaycanda teatr sənəti qədim və zəngin tarixi yol keçib.

Azərbaycan teatrının tarixi bir əsr yarıma yaxın müddəti əhatə edir. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Teatrın inkişafında son illərdə yeni mərhələ başlayıb. Bu inkişaf özünü, ilk növbədə, teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun möhkəmləndirilməsində, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni maraqlı tamaşaların hazırlanmasında, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində və s. göstərir.

Milli Teatr Günü ərəfəsində dövlət başçısı iki teatra akademik status verilməsinə dair sərəncam imzalayıb. Sərəncama əsasən, Dövlət Rus Dram teatrı və Dövlət Musiqili Teatrına akademik statusu verilib. İndi bu teatrlarda yeni tamaşalar üzərində gərgin iş gedir.

Azərbaycan teatrları yaşayır və inkişaf edir. Bu gün ölkədə 20-dən çox dövlət teatrı fəlaiyyət göstərir. Teatr sənətinin inkişafı yalnız dövlət teatrları şəbəkəsi ilə izah olunmur. Bu gün artıq ölkəmizdə özəl sektor və biznes münasibətlərindən faydalanaraq, yeni prodüser mərkəzləri yaranır. Azərbaycan teatrlarının fəaliyyətinə dövlət qayğısının daha da artırılması məqsədi ilə Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 1 milyon 800 min manat ayrılıb.


Create Account



Log In Your Account