Apr 06 2019 17:46
Views: 473

Azərbaycanda 10 milyonuncu sakin dünyaya gəlib. 10 milyonuncu sakin keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində dünyaya göz açıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu münasibətlə Azərbaycan xalqını və uşağın valideynlərini təbrik ediblər.

Paytaxt sakinləri bu hadisəni ölkənin sosial-iqtisadi inkişafının göstəricisi kimi qiymətləndiriblər.


Create Account



Log In Your Account