Apr 08 2019 18:17
Views: 316

Azərbaycanın on milyonuncu sakininin anadan olması münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacəkmə aksiyalarına başlayıb. Ağdaş rayonunun Ağzıbir kəndində keçirilən aksiya çərçivəsində 20 hektar ərazidə 10 mindən çox ağac əkilib. Ağacəkmə aksiyasında həmçinin meyvə ağacları, xüsusəndə nar və ərik ağacları meşə fondunun boş qalan ərazilərində əkilib.Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacəkmə aksiyalarını bir neçə bölgədə davam etdirəcək.

Ekologiya və Təbii sərvətlər nazirliyi aksiyaları aprel ayı ərzində davam etdirəcək. Nazirlik vətəndaşları bu aksiyalarda fəal iştirak etməyə çağırır. 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi münasibətilə Pirallahı Rayon İcra Hakimiyyəti və Yap Pirallahı rayon təşkilatının birgə təşəbbüsü ilə silsilə tədbirlər keçirilib.  Öncə  tədbir iştirakcıları  agacəkmə aksiyasına qatılıblar.  Aksiya zamanı Səməd Vurğun küçəsində 500-dən çox ağac və gül kolu əkilib, ərazidə təmizlik işləri aparılıb.

Rayondakı “Uşaq Park”ında keçirilən tədbirdə əhalinin sürətlə artması ölkənin sosial-iqtisadi inkişafının göstəricisi kimi qiymətləndirilib. Tədbir tanınmış incəsənət ustalarının ifasında konsert proqramı və məktəblilər tərəfindən hazırlanmış “Fleşmob”la davam edib.

 


Create Account



Log In Your Account