Jun 04 2019 18:27
Views: 421

 

Problemli kreditlərin həlli ilə bağlı dövlət başçısının fərmanın icrası demək olar ki, tamamlanıb. Bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası məlumatları açıqlayıb.

Palatanın mətbuat xidmətinin rəhbəri Elşən Allahverdiyev CBC-nin Xəbərlər buraxılışında bidirib ki, müxtəlif səbəblərdən hələ də problemli kreditlərlə bağlı kompensasiyasını almayan vətəndaşlar bu vəsaiti daha sonra da əldə edə bilərlər. Problemli kreditlərin həlli ilə bağlı dövlət başçısının fərmanında kompensasiya ödənişinin may ayı ərzində tamamlanması nəzərdə tutulsa da, Maliyyə Bazarlarına Nəzarət Palatası vətəndaşların müraciətlərinə baxacaq. Belə vətəndaşların sayı 27 mindən çoxdur. Palata bu vətəndaşlara müraciət edib.

 


Create Account



Log In Your Account