Sep 11 2018 15:26
Views: 800

Bütün dünyanı silkələyən, misli görünməmiş terror aktından 17 il ötür. 2001-ci il sentyabrın 11-də "Əl-Qaidə" terror təşkilatının üzvləri "American Airlines" şirkətinə məxsus sərnişin təyyarəsinin ələ keçirərək yerli vaxtla saat 08:46-da  Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinə hücum edib. Onlar sərnişin dolu təyyarəni mərkəzin Şimal qülləsinə çırpıblar. Saat 09:03 radələrində isə terrorçular ələ keçirdikləri ikinci təyyarə ilə Cənub qülləsinə hücum edib. Qəza bölgəsi olan mərtəbələr tüstü ilə dolduqca insanlar özlərini pəncərələrdən atmağa başlayıblar. Hər iki qüllənin içinə həm də güclü partlayıcı qurğular yerləşdirilib. Partlayış nəticəsində qüllələr aşağıya doğru parçalanıb və yerə çatmamışdan əvvəl çox böyük toz və çöküntüyə çevrilib. Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyinin - Pentaqonun binası da üçüncü təyyarə tərəfindən vurulub. Bu hücumdan 25 dəqiqə sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğu açıqlanıb. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirilib. Bu hadisələr 3 minə yaxın insanın ölümü, 6 mindən çox insanın yaralanması ilə nəticələnib.
Hər il sentyabrın 11-də Amerikanın özündə və dünyanın hər yerində hadisə ilə bağlıanım mərasimləri keçirilir. Bu gün Prezident Donald Tramp və onun xanımı Melaniya Tramp Pensilvaniya ştatında yerləşən Şanksvill yaxınlığında keçiriləcək tədbirdə iştirak edəcək. Həmin ərazidə terror qurbanlarına həsr edilmiş yeni bir qüllə mərasim iştirakçılarına təqdim ediləcək. Vitse-prezident Mayk Pens isə Pentaqonda təşkil edilən anma mərasimdə iştirak edəcək. Bu gün bütün amerikalılar 11 sentyabr terrorunu hüznlə xatırlayır,
11 sentyabr hadisələri Amerika Birləşmiş Ştatlarının xarici siyasətində köklü dəyişikliyə səbəb oldu. Məhz bu hadisələrdən sonra rəsmi Vaşinqton beynəlxalq terrorizmə qarşı mübarizəni öz xarici siyasət kursunun prioritet istiqaməti elan etdi. Bu mübarizə terror törədən dövlətlərə qarşı iqtisadi və hərbi sanksiyalar tətbiq etmək, qlobal ciddi nəzarət və kəşfiyyatı artırmaq məqsədlərini hədəfləyirdi. Bu hadisələr ABŞ-ın beynəlxalq terrorçuluqla mübarizəyə başlamasına səbəb oldu.
Azərbaycan da müharibə şəraitində yaşayan dövlət kimi terrordan əziyyət çəkib. Tarix boyunca azərbaycanlılar dəfələrlə erməni terrorçularınn hücumlarına məruz qalıb. Erməni terroru nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirlib, ötən əsrin əvvəllərində ölkəmizin ərazisində etnik təmizləmə aparılıb. Müasir dövrdə isə radikal dini qruplaşmaların terror təhlükəsi gündəmdədir:  
11 sentyabr hadisələrindən sonra dünyanın geosiyasi mənzərəsinin dəyişməsi istiqamətində ciddi addımlar atıldı. Amerika Birləşmiş Ştatları Yaxın Şərqdə nəzarəti gücləndirdi. Eyni zamanda, beynəlxalq terrorizmə qarşı səmimi və qeyri-səmimi  mübarizə aparanların siyahısı müəyyənləşdi.
1944-cü ildə baş vermiş Perl Harbor hücumundan sonra Amerikaya qarşı ən ağır zərbə 11 sentyabr hadisələri sayılır. Bu günədək həmin olayları əks etdirən 500 saatlıq videomaterial toplanılıb. Məhz bu hadisə nəticəsində terrorizmin əsl mahiyyətinin nədən ibarət olması haqqında bütün dünyada aydın təsəvvür formalaşdı.


Create Account



Log In Your Account