Nov 08 2019 17:03
Views: 72

Qazax rayonunun Daş Salahlı–Ürkməzli–Dəmirçilər avtomobil yolunun yenidən qurulması ilə bağlı işlər yekunlaşıb.  Dövlət başçısının sərəncamına əsasən, görülən işlər çərçivəsində uzunluğu 16 km olan yerli əhəmiyyətli avtomobil yolu iki hissə üzrə yenidən qurulub. Bu, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 482-ci km-dən ayrılan və 11.5 km uzunluğa malik Daşsalahlı yolu, həmçinin yerli əhəmiyyətli Qazax -Yuxarı Əskipara avtomobil yolunun 11 km-dən ayrılan və 4.5 km uzunluğunda olan Ürkməzli-Dəmirçilər yoludur.

Yerli əhəmiyyətli Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu IV texniki dərəcli olmaqla uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan  yararsız hala düşüb. Yol boyu yeni dəmir-beton suötürücü borular quraşdırılıb və izolyasiya olunub.

Layihənin sonuncu mərhələsi çərçivəsində 5 yerdə avtobus dayanacağı qoyulub, hərkətin normal təşkili üçün nişanlar quraşdırılıb və yol göstərici xətləri çəkilib. 13 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Daş Salahlı–Ürkməzli–Dəmirçilər avtomobil yolunun tikintisi vətəndaşların rahat gediş-gəlişini təmin edir, yük və sərnişin daşımasını rahatlaşdırmaqla qeyd olunan ərazilərdə kənd təsərrüfatının və turizmin inkişafını sürətləndirir.


Create Account



Log In Your Account