May 06 2019 17:06
Views: 369

Azərbaycan musiqisi beynəlxalq səhnələri fəth etməyə davam edir. Amsterdamda keçirilən musiqi festivalında Azərbaycan Britaniya Kollecinin şagirdi, 13 yaşlı pionoçu Nurlan Mustafayev qələbə qazanıb.

Vətənə qələbə ilə qayıdan Nurlan Mustafayevi hava limanında sinif yoldaşları və müəllimləri qarşılayıb. 13 yaşlı azərbaycanlı pianoçu, Azərbaycan Britaniya Kollecinin şagirdi Amsterdamda keçirilən COBİS musiqi festivalında birinci yer tutub.

Nurlanla birgə müsabiqədə daha 3 pianoçu və iki vokalçı iştirak edib.

Azərbaycan-Britaniya Kollecinin şagirdlər müxtəlif müsabiqələr və festivallarda iştirakla bağlı yaxşı təcrübəyə malikdirlər. Belə ki, hər il Azərbaycan Britaniya Kollecində festival keçirilir. Müəllimlər əmindir ki, gələcəkdə şagirdlər Azərbaycan musiqisinin həm ölkə daxilində, eləcə də ondan kənarda yüksək  səviyyədə təmsil edəcəklər.


Create Account



Log In Your Account