Oct 28 2019 16:20
Views: 169

Bu ilin sonunadək özünüməşğulluq proqramı ilə əlaqədar hökumətə Dünya Bankı ilə kredit sazişinin layihəsi təqdim olunacaq. belə ki, 2020-ci ildə Dünya Bankı özünüməşğulluq proqramının genişləndirilməsində iştirak edəcək. və 1000-2000 ailənin özünüməşğulluğuna dəstək verəcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verlib. Sonrakı illər ərzində sabit olaraq hər il 5 min ailənin özünüməşğulluq proqramında iştirakı Dünya Bankı tərəfindən maliyyələşdiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının birgə icra etdiyi layihə üzrə 500 nəfər əlilliyi olan şəxsin özünüməşğulluq fəaliyyəti müstəvisində özlərinə dayanıqlı biznes qurmalarına dəstək veriləcək. Ümumilikdə, aktiv məşğulluq tədbirləri bütün istiqamətlərdə davam etdirilməklə, onların miqyası da genişləndiriləcək. Belə ki, bu il Əmək və Əhainin Sosial Müdafiəsi Nazirliyi üçün plan 100 min nəfərin işlə təminatıdırsa, gələn il bu rəqəm 130 minə çatdırılacaq. Özünüməşğulluğun xüsusilə regionlarda tətbiqinə diqqət verilir.

Özünüməşğulluq proqramının icrasında həssas qruplardan olanların iştirakına üstünlük verilir. Əsas məqsəd aztəminatlı ailələrin bu və ya digər iqtisadi fəaliyyət növündə kiçik ailə bizneslərini qurmalarına, rifah halını yaxşılaşdırmalarına şərait yaradılmasıdır.

Artıq nazirliyin “e-sosial” internet portalında “Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmiş şəxslər barədə məlumat” altbölməsi yaradılıb. Proqram iştirakçıları, onların aktivlərlə təminatına dair bütün məlumatlar həmin altsistemə daxil edilir. Bu ilin ötən dövründə özünüməşğulluq proqramı çərçivəsində artıq 3500-dən çox şəxsə kiçik ailə təsərrütaflarını qurmaları üçün aktivlər verilib və bu proses hazırda davam edir.


Create Account



Log In Your Account