Dec 28 2019 16:40
Views: 196

"Hədəfim azərbaycanlı "Formula 1" sürücüsü ünvanına sahib olmaqdır”. Bunu Böyük Britaniyada yaşayan azərbaycanlı kartinq pilotu Cəmil Həsənli Rocers "Baku City Karting"də təşkil edilən mətbuat konfransında deyib. 14 yaşlı kartinq pilotu ilk dəfə 8 yaşında kartinq sürməyə başlayıb. 12 yaşından kartinqlə bağlı çempionatlarda iştirak edən pilot İngiltərənin "Coles Racing" komandasında çıxış edir. Deyir ki, avtoidmana gəlişi tam təsadüfdir. Cəmil Həsənli Deyir ki, İngiltərədə avtoidman ənənələri var. Bu da kiçik yaşlarından bu idmana gələnlərin sayını artırır. Ən çox bəyəndiyi pilotlar Lüis Hemiltonla Daniel Rikkardodur. Gələcəkdə ən yaxşı sürücülərin sırasında yer almaq istəyən yeniyetmə pilot avtomobil idmanı ilə yanaşı, DJ sənətinə maraq göstərir. İlk hədəfinin "Formula 4"də yarışmaq olduğunu deyən kartinq sürücüsü "Formula 1"in Azərbaycanda keçirilməsini sevinclə qarşılayıb. Cəmil Həsənli Rocers artıq 6 ildir kartinqlə məşğul olur. Azərbaycan idmançısı üçün bu il uğurlu olub. O, “Super One” çempionatının 8 yarışından 5-də podiuma yüksələrək ümumi hesabda 3-cü yeri tutub. Yeniyetmə pilot azərbaycanlı aktrisa, Azərbaycan SSR-nin Əməkdar artisti Şəfiqə Qasımovanın və dirijor Əşrəf Həsənovun nəticəsidir. Media nümayəndələri ilə görüşdən sonra pilot yerli idmançılarla kartinqdə qüvvəsini sınayıb.


Create Account



Log In Your Account