Jul 20 2019 18:04
Views: 358

Bakı 2019 Avropa Gənclər Yay Olimpiya Festivalında 48 ölkədən 3900 atlet birincilik uğrunda mübarizə aparacaq. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayacaqlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.  Festivalda Azərbaycanı 122 idmançı təmsil edəcək. Heyətdə güləşçilər və yüngül atletlər sayca üstünlük təşkil edirlər. Artıq idmançıların əksəriyyəti Atletlər Kəndinə yerləşdirilib. Onlar beynəlxalq yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirirlər.

Bakıya gələn atletləri gərgin məşq və maraqlı yarışla yanaşı, həm də əyləncəli proqram gözləyir.

 XV Avropa Gənclər Yay Olimpiya Festivalını 345 media nümayəndəsi işıqlandıracaq. Festivalın açılış mərasimi Sabah saat 20-də Kristal Hall-da baş tutacaq.

 


Create Account



Log In Your Account