Apr 18 2019 18:59
Views: 248

Azərbaycanın neft-qaz sektorunda fəaliyyət göstərən qabaqcıl şirkətlərin nümayəndələri Sumqayıt Texnologiyalar Parkında olublar. Görüşdə yerli və beynəlxalq olmaqla ümumilikdə 17 şirkətdən 26 nəfər nümayəndə iştirak edib. STP-nin Baş ofisində təşkil olunan görüşdə qonaqlara STP-nin yaranması, zavodları və istehsal olunan məhsulları barədə məlumat verilib. Ziyarətin məqsədi neft-qaz sektorunda fəaliyyət göstərən şirkətləri Texnoparkın məhsulları, istehsal prosesi və texniki imkanları ilə tanış etmək olub. Qonaqlar ziyarət zamanı STP-nin fəaliyyəti haqqında yeni faydalı bilgilər aldıqlarını bildiriblər.

Qonaqlar Texnoparkın Dəqiq Emal Zavodu, Mexaniki Emal Zavodu, Qaynar Sinkləmə Sexi və Elektrik Avadanlıqları Zavodunda olublar. Şirkət nümayəndələri zavodların istehsal prosesi və məhsulları ilə əyani tanış olublar. Qeyd olunub ki, bu cür görüşlər neft-qaz sektoru üçün idxal olunan məhsul və detalların Texnoparkda istehsal edilmə imkanlarını ortaya çıxarmağa kömək edəcək.

STP - regionda ərazisinə görə ən böyük sənaye məhsulları istehsal edən mərkəzlərdən biridir. Şirkət Azərbaycandan kabel məhsullarının ən böyük ixracatçılarından bjridir. STP, məhsullarının fərqliliyi və keyfiyyəti ilə seçilən, analoqu olmayan ixtisaslaşmış 12 zavodu özündə birləşdirən sənaye  kompleksidir. STP-nin istehsal etdiyi məhsullar Rusiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan Türkiyə bazarlarında yüksək keyfiyyəti ilə seçilir və “Made in Azerbaijan” brendi altında satılır.


Create Account



Log In Your Account