Jan 25 2019 16:16
Views: 405

Güzəştli mənzillərin növbəti satışı prosesinə start verilib. Bu dəfə Yasamal yaşayış kompleksindəki 174 mənzil satışa çıxarılıb. Bu evlərin qiyməti Azərbaycan İpoteka Kredit və Zəmanət Fondu müəyyənləşdirib və bazar qiymətindən aşağıdır. Seçim prosesinə bu gün saat 11-dən start verilib.  Qeyd edək ki, Azərbaycan prezidentinin fərmanına əsasən, Mənzil İnşaatı Dövlət Agentliyinin balansındakı evlərin əldə olunması elektron hökumət portalındakı “Güzəştli mənzillər” elektron sistemi vasitəsilə həyata keçirilir. Vətəndaşlar bu internet resursunda şəxsi kabinet açdıqdan sonra güzəştli mənzillərin alınması üçün müraciət edə bilərlər.


Create Account



Log In Your Account