Jul 25 2019 18:50
Views: 356

Bu ilki müəllimlərin işə qəbulu imtahanlarında 41 288 namizəd iştirak edib. Onlardan 18 881 namizəd uğur qazanaraq növbəti mərhələyə keçib. 15 gün ərzində keçirilən imtahanlarda uğur qazanan namizədlər arasında 3 nəfər maksimal nəticə göstərib. İmtahanların yekunlarına həsr olunan mətbuat konfransında təhsil nazirinin müavini Məhəbbəd Vəliyeva bildirib ki, bu mərhələnin ictimai nəzarət altında keçirilməsi üçün bütün lazımi şərait yaradılıb.  Ötən il iştirak iştirak edən namizədlər sırasında nəticələrini yaxşılaşdıran yetəri sayda namizədlər var. 

İmtahanlar zamanı 19 ixtisas fənni, habelə metodika və məntiq üzrə 5 min 340 sualdan istifadə olunub. Sualların yoxlanılması zamanı ekspertlər ümumilikdə 29 sualda texniki qüsur müəyyən edilib.  Azərbaycan bölməsində 20, rus bölməsində 9 sualda texniki qüsur aşkarlanıb. Keçid üçün ümumi sualların 60% cavablandırmaq lazımdır.

26 iyuldan başlayaraq 3 gün ərzində hər bir namizədin elektron formada apellyasiya qaydasında müraciət etmək imkanı tanınır. Əsas məqsədlərdən biri həm də namizədlərin təklif və rəylərini bildirmək imkanı yaratmaqdır. Bütün müraciətlərə cavablar namizədin şəxsi səhifəsinə avqustun 6-dək göndəriləcək. Vakansiyaların seçim mərhələsi 7 avqustdan açıq elan ediləcək. Bu il ölkənin ümumtəhsil müəssisələrinə ilkin olaraq 7 min daimi əsaslı vakant yerin çıxarılması gözlənilir.


Create Account



Log In Your Account