Apr 01 2019 18:09
Views: 260

Yerli əhəmiyyətli Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolu uzun müddət əsaslı təmir edilmədən istismar olunduğundan  yol örtüyündə çalalar, çökmələr və qabarmalar əmələ gəlib. Nəticədə avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yolda yenidənqurma işləri aparır. Yenidən qurulan yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyin hissələrin eni 2 metr olmaqla yol yatağının eni 10 metr olacaq.  Yenidənqurma işləri yolun 12 km-lik hissəsində aparılır. Yaxın müddətdə analoji işlərin yolun qalan 7 km-lik hissəsində də aparılması nəzərdə tutulur. Təqribən 120 min kvadratmetr sahəynə əlaqələndirici bitum səpilməklə yol örtüyü asfalt-beton qarışığı ilə inşa ediləcək.

Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları və dəmir tirlər quraşdırılacaq. Hərəkətin normal təşkil üçünsə yol nişanlarının, siqnal dirəklərinin və km göstəricicilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi nəzərdə tutulur.


Create Account



Log In Your Account