Jun 22 2019 18:54
Views: 263

Nigar Veysəlova Bakı Dövlət Universitetindən məzun olub. Oxuduğu 4 il ərzində əlaçı olub və buraxılış imtahanlarını uğurla verməklə yanaşı artıq magistraturaya da daxil olub. və bütün bu uğurları əcmi 19 yaşında əldə edib.Bir çox məsələdə yaşıdlarını qabaqlayıb.
Hələ məktəbdə ikən kimya və biologiya Nigarın sevimli fənləri olub. 14 yaşında istedadlı qız kimya fakultəsinə daxil olub. Özünün də dediyi kimi, əvvəldə oxumaq asan olmasa da, o hər şeyin öhdəsindən gəlib.
Nigarın oxumaqdan başqa da maraqları, məşğuliyyəti var.  uşaqlıqdan şahmat oynamağı sevir.
Bu gün Nigar magistraturaya qəbul olmasını həyatının ən böyük uğuru hesab edir. Yeri gəlmişkən, öz ixtisası üzrə o respublikada ən yüksək bal toplayıb. Magistraturada Nigar Azərbaycan Milli Elmlər Akademiyasında nanomaterialların kimyası istiqaməti üzrə təhsil alacaq. Gələcəkdə elmlə ciddi məşğul olacağını deyən Nigar Veysəlova,  ölkədə yeni elmi nailiyyətləri inkişaf etdirmək niyyətindədir. Eyni zamanda gənc qızın planlarına şəxsi biznesini yaratmaq da daxildir.


Create Account



Log In Your Account