May 09 2019 18:26
Views: 481

Elmin, tərəqqinin inkişafı, möhtəşəm ixtiraların mənbəyi olan kitabın ölkəmizdə sevilməsi, insanların mütaliəyə marağının artırılması... “Azərkitab-Kitab Təbliğatı” Mərkəzinin 2-ci ildir təşkil etdiyi kitab festivalı bu deviz altında keçirilib. Festival milli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və mərkəzin fəaliyyətə başlamasının 2 illiyinə həsr olunub. Tədbirin məqsədi gənc nəsldə mütaliə vərdişlərinin yaradılması,  nitq və təfəkkürünün formalaşması üçün kitaba marağını artırmaqdır. Mərkəz artıq 2 ildir fəaliyyətdədir və son ildə bir sıra layihələrə imza atıb. İlin ən uğurlu layihəsi kimi mükafatlara layiq görülüb.

Tədbirdə 20-yə yaxın nəşriyyat, kitab evləri öz kitablarını stendlərdə nümayiş etdirib. Onların içərisində ilk dəfə festivalda iştirak edənlər az deyil.

Festivalda hər yaş kateqoriyasına uyğun kitabların satışı keçirilb.  Eyni zamanda endirimli qiymətlərdən yararlananar da az olmayıb. Ziyarətçilər hesab edir ki,  tədbirin gənclərin maariflənidirilməsi istiqamətində əhəmiyyəti böyükdür.

Çıxış edənlər kitabın insan şəxsiyyətinin formalaşmasında, elmin sirrlərinə yiyələnməsində rolundan danışıb.  Qeyd olunub ki, Azərbaycanda son illərdə kitab mağazalarının sayı çoxalıb.

Festivalda yeni kitablar da təqdim olunub. Bundan başqa Festival çərçivəsində 15 müəllifin imza günü keçirilib.


Create Account



Log In Your Account