May 11 2019 19:39
Views: 367

Azərbaycanda yelkənli qayıq idman növünə marağı artırmaq, gənclər arasında sağlam həyat tərzinin təbliği… Dənizkənarı Milli Parkda milli Lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş Yelkənli Qayıq Yarışı bu deviz altında keçirilir.  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC  və Azərbaycan Yelkənli İdman Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan reqatada idmançılar dörd sinif - “Optimist”, “Laser-standard”, “Laser 4.7” “Laser-radial” üzrə mübarizəyə qoşulub.
2-ci ildir keçirilən yarışlara sahildən keçən insanların marağını artırmaq məqsədilə  əyləncə proqramı da təşkil olunub. Müxtəlif əyləncəli proqramlar, oyunlar və viktorinalar azyaşlı uşaqlar və yeniyetmələrin marağına səbəb olub.
Əyləncə proqramına qatılan turistlər də Milli Parkın bayram əhval ruhiyyəsindən zövq aldıqlarını deyir. Əylənərək yarışı izləyənlər yelkənli qayıq idman növü ilə yaxından tanış olmaq üçün imkan əldə ediblər.
Qeyd edək ki, qaliblər üçün müxtəlif mükafatlar nəzərdə tutulub.


Create Account



Log In Your Account