Nov 19 2018 18:40
Views: 600

Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın İranla dövlət sərhədinin 132 km hissəsi nəzarətsiz zonaya çevrilib. BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt komissiyasının Bakıda keçirilən 53-cü sessiyasında çıxış edən baş nazirin müavini Əli Həsənov belə deyib. Bildirib ki, həmin ərazilərdən Avropa və digər ölkələrə güclü narkotik axını mövcuddur.
Baş nazirin müavini  əlavə edib ki, son 10 ay ərzində Azərbaycanda 2 tondan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Onun sözlərinə görə, dövriyyədən çıxarılan narkotik maddələrin yarısı heroindir. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə Regional Ofisinin regional nümayəndəsi Aşita Mittal Azərbaycan hökümətinin narkotik vasitələrlə mübarizə strategiyasını yüksək qiymətləndirib.
Qeyd edək ki, Beynəlxlaq Narkotiklərlə Mübarizə konfransının qərarına əsasən, 2019-cu ilin aprelində Bakıda Narkotiklərlə mübarizə üzrə 36-cı beynəlxalq konfrans keçiriləcək.


Create Account



Log In Your Account