Jul 27 2019 18:33
Views: 209

Azərbaycan folklorunda yer alan ceyranların nəsli 60 ci illərdə tükənmək üzrə idi. Yazılı məlumatlarda Cənubi və Şərqi Zaqafqaziyada orta əsrlərdə ceyranların populyasiyasının yüksək olduğu qeyd olunur.
Azərbaycanda ceyranların sayının birdən birə azalması 20 ci əsrin 30 cu illərinə təsdüf edir. Bu dövrdə avtomobil yollarının çəkilməsi və, ov zamanı maşın və texnikadan istifadəyə başalanılması  brokonyerlərin işini asanlaşdırıb. Və ceyranların ovlanaraq məhv edilməsi daha rahat olub və kütləvi hal alıb.
Bir sıra xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması sayəsində ceyranların sayı bərpa olunmağa başladı və ötən əsrin 80-ci illərində 3-3,5 min başa çatıb. 2008-ci ildə Ümumdünya Vəhşi Təbiət Fondunun Azərbaycan ofisi ceyranın Cənubi Qafqazdakı tarixi arealını bərpa etmək imkanlarını araşdırmağa başlayıb
Son 5-6 ildə aparılan müşahidələr deməyə əsas verir ki, ceyranların populyasiyasının artması yolunda işlər qaydasında gedir. Hesablamalara görə  ölkədə təxminən 7-8 min ceyran var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Heydər Əliyev Fondu, IDEA və Ümumdünya  Təbiət Fondunun Azərbaycan Nümayəndəliyinin birgə səyləri ilə 200 növdən çox heyvan növünün 7 təcrid olunmuş əraziyə qaytarlması prosesi baş tutub. Bunlar - Acinohur-Sarıca və Mil düzü, Eldar və Qobustan yüksəklikləri, Abşeron yarımadasının bəzi hissəiləri və digər ərazilərdir. Ceyranların tarixi yaşayış yerlərinə qaytarmaq üçün peşəkarların göstərdikləri səylərin nəticələri onu deməyə əsas verir ki, gələcək nəsillər əsrlər öncə olduğu kimi ceyran sürülərinə tez tez rast gələ biləcəklər.


Create Account



Log In Your Account