Dec 27 2018 15:18
Views: 195

2018-ci ildə Azərbaycan həm iqtisadi, həm də siyasi sahədə bir çox uğura imza atıb. Ekspertlər hesab edirlər ki, Azərbaycanın bir çox göstəricilərinə görə region ölkələrini qabaqlaması təsadüfi deyil. Bu ölkədə aparılmış düzgün sosial-iqtisadi siyasət və qonşu dövlətlər, dünyanın aparıcı ölkələri, beynəlxalq təşkilatlarla münasibətlərin qarşılıqlı maraqlar əsasda qurulmasının nəticəsidir.
Millət vəkili Hikmət Babaoğlu isə bildirib ki, bu il ərzində əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məcburi köçkünlərin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülüb. Şəhid hərbçilərin vərəsələrinə birdəfəlik müavinətlərin verilməsinə başlanılıb. Bu tədbirlər Azərbaycanın güclü sosial dövlət fəlsəfəsinə əsaslandığını təsdiq edib. Hikmət Babaoğlu xarici siyasətdə də ciddi nailiyyətlərin əldə olunduğunu, Azərbaycanın müstəqil, öz milli maraqlarına uyğun siyasət yürütdüyünü bildirib.
Ekspertlərin fikrincə, Azərbaycanın diplomatik nailiyyətlərinin əsasında milli lider Heydər Əliyevin müəyyən etdiyi balanslaşdırılmış xarici siyasət kursu dayanır. Və bu siyasət uğurla davam etdirilir.
Ekspertlər hesab edir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın prioritetlərinə dair sənədin paraflanması 2018-ci ilin ən mühüm siyasi hadisələrindən biri olub. Xəzərin statusu ilə bağlı Konvensiyanın imzalanması isə nəinki Azərbaycan, eyni zamanda bütü region üçün tarixi əhəmiyyət daşıyır.
Ekspertlər bütövlükdə 2018-ci ilin Azərbaycan üçün bir sıra tarixi uğurlarla yadda qaldığını bildirirlər. Onların fikrincə, bu uğurlar növbəti illərdə ölkənin stabil və dayanıqlı inkişafı, beynəlxalq münasibətlər sistemində öz yerini daha da möhkəmləndirməsi üçün zəmin formalaşdırıb.


Create Account



Log In Your Account