Dec 26 2018 18:28
Views: 508

2018-ci il Bakı Ali Neft Məktəbi üçün bir çox uğurlarla yadda qalıb. Bu barədə təhsil ocağında Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə keçirilən tədbirdə bildirilib. Qeyd olunub ki, 2018-ci ildə Ali Neft Məktəbində rekord sayda nailiyyətlər əldə olunub.

Rektor Elmar Qasımov bildirib ki, cari ildə qəbul imtahanlarında maksimum 700 bal toplamış 13 abituriyent məhz bu təhsil ocağını seçib. Bu, bütün ali məktəblər içərisində ən yüksək göstəricidir. Bununla yanaşı məktəbin 26 tələbəsi prezident təqaüdü alıb. Beləliklə, Bakı Ali Neft Məktəbi həm yüksək bal toplayan tələbələrin, həm də prezident təqaüdçülərinin sayına görə ölkədə lider olub.

Bayram tədbirinə Ali Neft Məktəbinin tələbələri özünəməxsus hazırlaşıblar. Müxtəlif səhnəciklər nümayiş etdirilib, mahnılar, rəqslər ifa olunub.


Create Account



Log In Your Account