Dec 18 2018 18:37
Views: 360

Kənd Təsərrüfatı Nazirliyi gələn il Azərbaycanın aqrar sektoruna xarici investisiyaların cəlb edilməsinə çalışacaq. Bu barədə qurumun Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəhbəri Mirzə Əliyev məlumat verib.O həmçinin deyib ki, “Dünya Bankı ilə birgə reallaşdırılan “Azərbaycan Kənd İnvestisiya Layihəsi” indi 2-ci mərhələdədir və yekunlaşmaq üzrədir. Mirzə Əliyev Xidmətin xətti ilə verilən kreditlərin həcmini açıqlayıb.
Xidmət rəhbəri bildirib ki, görülən işlər nəticəsində fermerlərin kredit əldə etməsi asanlaşıb. əgər əvvəl 15-20 sənəd tələb olunurdusa, indi cəmi 5 sənəd kifayətdir. Digər bir məqam müvəkkil bankların fermerlərdən girov tələb etməsidir. Bununla bağlı da danışıqlar aparılır.
Ümumiyyətlə, 2018-ci ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti 20 layihə təqdim edib. Bu layihələrin 13-ü icra olunmaqdadır, 7-nin isə icrasına yaxın vaxtlarda başlanacaq.

 


Create Account



Log In Your Account