Jan 25 2019 18:39
Views: 1131

2018-ci ildə Azərbaycan 13 milyon dollarlıq nar və nar məhsulları ixrac edib. Bu, 2017-ci ilin göstəriciləri ilə müqayisədə 25% artım deməkdir. Bu barədə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov ötən ilin yekunlarına həsr olunan toplantıda məlumat verib. Bildirib ki, hər il Assosiasiya sıralarına qoşulan nar istehsalçılarının sayı artır. 2017-ci ildə qurum 28 istehsalçını birləşdirirdisə, indi onların sayı 34-ə çatıb. Ötən il məhsul əsasən MDB ölkələrinə, Avropaya, az miqdarda olsa da ABŞ və Avstraliyaya ixrac olunub. Cari ildə ixracın coğrafiyasının genişləndirilməsi nəzərdə tutulur.

 


Create Account



Log In Your Account