May 31 2019 17:52
Views: 2680

 “Ötən il əhalinin adambaşına düşən gəlirləri 8,2% artıb, inflyasiya təkrəqəmli olub, manatın məzənnəsi sabit qalıb”. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. O qeyd edib ki, enerji daşıyıcılarının qiymətlərindəki pozitiv dinamika xarici ticarət balansının müsbət nəticələnməsinə səbəb olub.

Hesablama Palataının sədri Vüqar Gülmməmədov büdcənin icrası ilə bağlı hazırlanmış xüsusi rəyi təqdim etdi. Sonra qanun layihəsi müzakirəyə çıxarıldı. Deputatlar regionların büdcədə payının çox az olduğunu, büdcənin neftdən asılılığının artdığını bildiriblər.

Çıxışlarda rayonlarda qazlaşdırma ilə bağlı problemlərə diqqət çəkilib, bir sıra məhsullar, xüsusilə çap məhsulları üçün gömrük rüsumlarının aşağı salınması təklif edilib. Yeni yaşıllaşdırılma proqramının hazırlanması, İpək Yolunda yaşıl zonanın yaradılması təklif edilib. İki saatlıq müzakirələrin yekununda 2018-ci ilin dövkət büdcəsinin icrasına dair qanun layihəsi birinci oxunuşda qəbul olundu.

Ötən il büdcənin gəlirləri 22 milyard 509 milyon manat, xərcləri isə 22 milyard 732 milyon manat olmaqla təsdiq edildi. İclas zamanı deputatlar ötən gün cəbhə xəttində Azərbaycan orsudunun mayorunun erməni snayperi tərəfindən qətlə yetirilməsi haqqında məsələyə də toxundular.

Bununla da Milli Məclisin yaz sessiyası işini başa çatdırıb. İyun və iyul aylarında parlamentin növbədənkənar sessiyasının keçiriləcəyi planlaşdırılır.


Create Account



Log In Your Account