Sep 11 2019 18:06
Views: 459

Yeni tədris ilinin başlamasına 1 həftədən də az vaxt qalıb. Bu isə o deməkdir ki, həm məktəblilər, həm də valideynlərin həyacanı da artır. ümumilikdə 2019-2020-ci dərs ilində 1.5 milyondan çox şagird ölkənin ümumi təhsil müəssisələrində təhsil alacaq. Bu şagirdlərin 10  faizi bu il birinci sinifə gedəcək və ilk  bilik gününün təlaşını yaşayacaq.
Tədris ilində  4447 məktəb qapılarını məktəblilərin üzünə açacaq. onların arasında yeni inşa olunan və ya əsaslı təmir olunanlar da var. bununla belə,  il ərzində daha bir neçə yeni məktəbin tikilməsi və təmiri nəzərdə tutulub.
Ötən illərdə olduğu kimi təhsil nazirliyi məktəblilərə tədris olunan bütün fənnlər üzrə kitabları pulsuz təqdim edib. Şagirdlər üçün  322 adda 5 milyon  668 min  865 nüsxə dərslik və metodik vəsait çap edilib. 4-8 ci sinflər üçün olan bütün dərsliklər təkmilləşdirilərək yenilənib. lakin valideynlərin və məktəblilərin məktəbqabağı qayğıları bununla bitmir. İlk dərs günü yaxınlaşdıqca paytaxtda dəftərxana ləvazimatlarının satış məntəqələrində də canlanma müşahidə olunur.
Artıq məktəblilərin ilk dərslərinin hansı fəndən keçiriləcəyi də məlumdur. Belə ki, Təhsil nazirinin əmrinə əsasən bütün məktəblərdə, 1-4-cü siniflər üzrə ilk dərs məşğələri idman və sağlamlıq, 5-9 cu siniflər üzrə mütaliə və mənəvi zənginliyə aparan yol, 10-11 ci siniflərdə isə Azərbaycanın inkişaf yollarına həsr olunacaq.    

 


Create Account



Log In Your Account