Jan 26 2019 15:09
Views: 331

2019-cu ilin “Nəsimi ili” elan olunması Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Nəsimi – Azərbaycan dilinin və Şərq ədəbiyyatının inkişafında xüsusi rolu olan dahi şairdir. Onun yaradıcılığı hələ də dünya araşdırmaçıları tərəfindən tədqiq edilir. “Nəsimi ili” çərçivəsində silsilə tədbirlərin keçirilməsi planlaşdırılır.

2019-cu il ölkədə tanınmış Azərbaycan mütəfəkkiri, şair, filosof İmadəddin Nəsimi ili elan edilib. İl boyunca Azərbaycan xalqının dahi oğluna həsr edilmiş silsilə tədbirlərin keçirilməsi gözlənilir. Dövlət başçısının 2019-cu ili “Nəsimi ili” elan etməsi ölkədə nəsimişünaslığın inkişafına ciddi təkan verəcək.

Dahi mütəfəkkir İmadəddin Nəsimi özündən sonra böyük irs qoyub. Onun əsərlərinin əksəriyyəti Azərbaycan dilində, bir hissəsi isə fars və ərəb dillərində olub. Nəsimi Azərbaycan dilinin formalaşmasında xüsusi rol oynayıb.

Bu ilin “Nəsimi ili” elan olunması ölkədə milli mədəniyyət və poeziyanın tədqiqinə böyük diqqət ayrılmasının göstəricisidir. Nəsimi elə böyük sənətkardır ki, onun 650 illik yubileyi xüsusi qeyd olunmalıdır.

Qeyd edək ki, “Nəsimi ili” çərçivəsində respublika və beynəlxalq miqyaslı konfrans və simpoziumlarla yanaşı, elmi ekspedisiyaların təşkili də nəzərdə tutulur. Məqsəd Nəsimi haqqında yeni məlumatlar, onun əlyazmalarının tapılmasına nail olmaqdır. Sonradan bu tədqiqatlar nəticəsində yeni monoqrafiyalar, məqalələr toplusu, kitablar dərc olunacaq.

 


Create Account



Log In Your Account