Jan 28 2019 16:04
Views: 224

2018-ci ildə «made in Azerbaijan» brendinə dəstək mexanizmi çərçivəsində 11 ixrac missiyası həyata keçirilib. 2019-cu ildə 25 belə missiyanın həyata keçirilməsi planlaşdırılır. Bu brədə CBC-yə İxracın və İnvestisiyaların Təşviqi Fondu - AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdulayev məlumat verib.

Azərbaycan sahibkarları beynəlxalq sərgilədə də fəal iştirak edirlər. Yusif Abdullayevin sözlərinə görə, «made in Azerbaijan» brendi ilə Azərbaycan məhsullarının yeni sərgilərdə də nümayişi planlaşdırılır.

2018-ci ilin yekunlarına görə AZPROMO-nun fəaliyyət istiqamətlərində ciddi uğurlar əldə edilib. 200-də çox sahibkara fərdi qaydada kömək göstəilib. Azərbaycan məhsullarının ixracı ilə bağlı müqavillər imzalanıb.

Azərbaycan məhsullarının təşviqi mexanizmi 2016-cı ildə yaradılıb. Ixrac missiyalarının təşkili, sərgilərdə iştirakla yanaşı, bura bazarların araşdırılmasıı, xarici Kütləvi informasiya vasitələrində reklamların yerləşdirilməsi, nəhəng ticarət şəbəkələrində Azərbyacn məhsullarının təqdim olunması, Azərbaycan ticarət evlərinin yaradılması da daxildir.


Create Account



Log In Your Account