Jan 23 2019 15:33
Views: 386

2019-cu ildə Abu-Dabidə Azərbaycan Ticarət evinin açılması nəzərdə tutulur. Bu barədə CBC-yə müsahibəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev məlumat verib. Onun sözlərin görə bu qərarın qəbul edilməsinə səbəb Dubayda açılan Azərbaycan Ticarıt Evində təqdim olunan məhsullara böyük marağın olmasıdır.

Birləşmiş ərəb Əmirliklərində Azərbaycan Ticarət evinin açılışı yanvarın 15-də baş tutub. Bu Azərbaycanın xaricdə fəaliyyətə başlayan 7-ci ticarət evidir. Birləşmiş Ərəb Əmirliyindən başqa Azərvaycanın Rusiya, Ukrayna, Belarus, Latviya, Polşa və Çində də ticarət evləri var. Yusif Abdullayevin sözlərinə görə, «Made in Azerbaijan» brendi körfəz ölkələrində daha çox tanınmağa başlayıb. Azərbaycan ixrac olunan məhsulların çeşidlərini də artırır.

Yusif Abdullayevin sözlərinə görə Dubayda açılan Azərbaycan Ticarət evi Birləşmiş Ərbə Əmirliyinə qonşu ölkələrin də diqqtəini cəlb edib. Azərbaycan ticarət evi nəhəng ticarət şəbəkləri ilə “Made in Azerbaijan” brendi üçün xüsusi satış rəflərinin yaradılması istiqamətində də danışıqlar aparır. Qeyd edək ki, 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi ötən il 49 milyon dollar təşkil edib. Azərbaycandan Birləşmiş Ərəb Əmirliyinə ixracat həcmi isə 20 milyon dollar olub.


Create Account



Log In Your Account