Mar 13 2019 18:08
Views: 172

"Bu ilin iki ayı ərzində qeyri-formal məşğulluqla mübarizə nəticəsində ölkədə əmək müqavilələrinin sayı 53 mindən çox artıb". Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanda pensiya islahatlarına dəstək məqsədilə icra olunan tvininq layihəsinin yekunlarına dair konfransda bu barədə məlumat verib. bildirib ki, layihə çərçivəsində hazırlanmış çoxsaylı təqdimatlardan biri də qeyri-formal məşğulluqdan formal məşğulluğa keçid üzrə tədbirlər planıdır ki, bu da Azərbaycan hökumətinin islahat gündəliyi ilə üst-üstə düşür. İndi Azərbaycanda ümumi məşğulluğun mənzərəsinin kifayət qədər normal göründüyünü deyən nazir bildirib ki, əsas məqsəd muzdla işləyənlərin payının artırılmasıdır.

Tədbirdə ölkədə pensiyaların artırılması və pensiya təyinatının əhatə dairəsinin genişləndirilməsi, eyni zamanda avtomatlaşdırılmış mexanizmin tətbiqi yüksək qiymətləndirilib. Bildirilib ki, ötən ilin noyabrında yaradılan e-sosial elektron portalına 100 mindən çox baxış olub, 20 mindən artıq daimi istifadəçi var.  Eyni zamanda ilin əvvəlindən indiyədək 5600 adama elektron qaydada pensiya təyin olunub. Gündəlikdə duran növbəti məsələ  əlilliyə görə pensiya təyinatının da elektronlaşması və növbəti dövrlərdə elektron pensiya təyinartı əhatə dairəsinin genişləndirilməsidir. Qeyd olunub ki, sosial sahədə aparılan islahatlar pensiya təminatı sisteminin qabaqcıl Avropa təcrübəsnə uyğun təkmilləşdirilməsinə xidmət edir. Tvininq layihəsinin də məqsədi islahatlara dəstək verməkdir. Layihə çərçivəsində Avropanın qabaqcıl təcrübəsi əsasında qiymətləndirmə aparılıb, konseptual və təlimat sənədləri, təkliflər, tövsiyələr hazırlanıb.

Tədbir çərçivəsində layihə ekspertləri təqdimatlarla çıxış edib, sualları cavablandırıblar.

 


Create Account



Log In Your Account