Sep 16 2019 18:27
Views: 277

 

İlk zəng və ilk həyəcan... Beləliklə ölkədə 2019-2020-ci tədris ilinə start verildi. Bu il 15 sentyabr - Bilik günü bazar gününə təsadüf etdiyindən məktəblərdə ilk zəng sentyabrın 16-da çalındı. Bu gün daha çox həyəcanlanan isə ilk dəfə məktəbə qədəm qoyan birincilərdir.

Övladları ilk dəfə məktəbə qədəm qoyan valideynlər də ən azı onlar qədər həyəcanlıdırlar.

Bu il ümumitəhsil müəssisələrində 1 milyon 525 mindən artıq şagird təhsil alacaq. 1-ci sinfində 164 min 234, 9-cu sinfində 122 min 43, XI sinfində isə 82 min 782 şagird var. 

 

Bu il Ümumtəhsil müəssisələrində ibtidai siniflərdə ilk dərs məşğələsi “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütaliə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunub. 2019-2020-ci tədris ili gələn il iyunun 14-də başa çatacaq.

 


Create Account



Log In Your Account