Feb 05 2019 17:51
Views: 568

Bakı Şəhər Halqası ilə "Formula 1" Şirkətlər Qrupu arasında Azərbaycan Qran-prisinin keçirilmə müddətinin uzadılmasına dair yeni müqavilə imzalanıb. yeni razılaşmanın müddəti 2023-cü ilə qədər nəzərdə tutulub. Əvvəlki anlaşma 2020-ci ilədək idi. Yeni müqaviləyə gənclər və idman naziri Azad Rəhimov və  "Formula 1 Group" şirkətinin baş icraçı direktoru Çeyz Kerri imza atıblar.

Azad Rəhimov bildirib ki, hər il Formula 1 yarışlarının tamaşaçı auditoriyası genişlənir və yarışın Bakıda təşkil olunması Azərbaycan üçün yeni imkanlar açır.  Yeni razılaşma əvvəllər mövcud olan bəzi məqamlara yadınlıq gətirib.

Formula-1 yarışlarının Azərbaycanda təşkil olunması ölkədə turizmin inkişafı baxımından da önəmli sayılır. Yarım milyard insandan çox auditoriyası olan Formula-1 yarışı həm də təşkilatçı ölkənin dünyada tanınması üçün yaxşı fürsət hesab olunur.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 2016-cı ildən "Formula 1"in təqviminə daxil olub. Builki Qran-pri 28 - 30 apreldə keçiriləcək. Yarışın Bakıda keçiirlməsi ilə bağlı müqavilənin uzadılması bir daha sübut edir ki, Formula 1 Bakı qran prisi kifayət qədər marağa səbəb olmaqla yanaşı, yüksək səviyyədə təşkil olunub. təsadüfi deyil ki, Azərbaycan qran prisi azarkeşlər arasında keçirilən sorğu nəticəsində 2017 və 2018-ci illər mövsümünün ən yaxşı yürüşü seçilib.


Create Account



Log In Your Account