Feb 07 2019 13:55
Views: 357

İstanbulda 22-ci Avrasiya İqtisadi Zirvə toplantısı keçirilib. Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan bu il də geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunub. Nümayəndə heyətinə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, energetika naziri Pərviz Şahbazov və qeyri-hökumət təşkilatlarının təmsilçiləri daxildir.

Builki tədbir “Gələcək üçün məsuliyyət” devizi altında təşkil olunub. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlət başçısının toplantı iştirakçılarına təbrik məktubunu oxuyub.

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım bildirib ki, biz Avrasiya ölkələri olaraq xalqlarımızın və dövlətlərimizin gələcəkdə davamlı inkişafını təmin etmək məqsədilə hər bir sahə üzrə əməkdaşlıq etmək məcburiyyətindəyik. İqtisadi baxımdan tarixi İpək Yolunun yenidən canlandırılmasının əhəmiyyətini vurğulayan parlament sədri bu baxımdan Azərbaycan, Türkiyə və Gürcüstanın birgə həyata keçirdiyi layihələrin, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun böyük əhəmiyyət daşıdığını vurğulayıb. O, ölkələr arasında məsələlərin danışıqlar yolu ilə həllinin yeganə çıxış yolu olduğunu qeyd edib.

Tədbirdə çıxış edən energetika naziri Pərviz Şahbazov Avrasiya İqtisadi Zirvəsinin fəaliyyətini uzun illərdir sülh və dialoqu təşviq etdiyini qeyd edib. Nazir dövlətlərarası münasibətlərdə və geosiyasi proseslərdə enerji amilinin böyük roluna diqqət çəkib. toplantıda 40-a yaxın ölkənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri, sabiq prezidentlər, deputatlar, beynəlxalq təşkilatların təmsilçiləri, ictimai-siyasi xadimlər iştirak edirlər.

Zirvə toplantısı bu gün işini yekunlaşdıracaq.

 


Create Account



Log In Your Account