Apr 09 2019 18:26
Views: 306

Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatası ötənilki fəaliyyəti ilə bağlı hesabat verib. Hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edib. Onun sözlərinə görə, 2018-ci ildə aparılmış audit tədbirləri 10,2 mlrd. manat vəsaiti əhatə edib. Bunun 60,5%-i dövlət büdcəsini xərclərinə aid olub. Ümumlikdə 8 istiqamət üzrə pozuntular qeydə alınıb.

Sədr qeyd edib ki, ötən il aşkarlanan maliyyə və prosedur pozuntuarı arasında nisbət dəyişib. Pozuntuya yol verən qurumlar arasında Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Vergilər Nazirliyinin adları da qeyd olundu.  Hesabatın müzakirəsi zamanı çıxış edən deputatlar bildiriblər ki, nöqsanlara yol verən, büdcə vəsaitlərinə məsuliyyətsiz yanaşan və hər il bu nöqsanları təkrarlayan dövlət qurumları ciddi cəzalandırılmalıdır.

Müzakirədən sonra Hesablama Palatasının rəyi qəbul edildi. İclasda millət vəkilləri həm də Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında" hökumətlərarası Sazişin təsdiqi barədə layihəyə səs verdilər. Deputatlar bir çox qanuna texniki xarakterli dəyişiklikləri də qəbul etdilər.

 


Create Account



Log In Your Account