Oct 22 2019 18:35
Views: 1536

Azərbaycanda tikinti materialları istehsalı sahəsi sürətlə inkişaf edir. Təkcə 2015-ci ildən başlayaraq bu sahədə 70%-dən çox artım müşahidə olunur. Tikinti materiallarının istehsalı sahəsində ümumi məcmu dəyər 715 milyon manatdan çoxdur. Bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov 25-ci Azərbaycan Beynəlxalq İnşaat sərgisi Bakubuild 2019-un açılış mərasimində məlumat verib. Bildirib ki, bu, son illər qeyri-neft sektorunun inkişafı sahəsində sistemli şəkildə görülən işlərin və həyata keçirilən islahatların nəticəsidir.

Nazir müavini bildirib ki, ölkədə sahibkarlığın inkişafı, biznes-investisiya mühitinin yaxşılaşdırılması istiqamətində də mühüm işlər görülür. Azərbaycanda investistisiya təşviqi mexanizmi tətbiq olunur. Təkcə inşaat sahəsində 17 layihəyə İnvestisiya təşviqi mexanizmi verilib.

Bu il “BakuBuild 2019” sərgisində dünyanın 23 ölkəsindən 280 şirkət iştirak edir. Sərgidə inşaat sənayesinin ən son yenilik və nailiyyətləri nümayiş olunur.

“BakuBuild 2019” sərgisində dam örtükləri və izolyasiya, interyer, bəzək materialları, dizayn, boya, lak və döşəmə örtükləri, landşaft memarlığı və dizaynı, fasad, qapı-pəncərə kimi məhsullarla tanış olmaq mümkündür.

Sərgi çərçivəsində işgüzar proqramlar, panel müzakirələri və B2B formatında görüşlər təşkil olunacaq. Görüşlərdə qarşılıqlı əməkdaşlığın perpsektivləri müzakirə olunacaq. Sərgi oktyabrın 25-nə kimi davam edəcək.


Create Account



Log In Your Account